Trampın ilk rəsmi səfər edəcəyi ölkənin adı bəlli oldu
ABŞ prezidentinin ilk rəsmi səfərini edəcəyi ölkənin adı açıqlanıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, həmin səfər çərçivəsində İrana qarşı atılacaq addımlar müzakirə olunacaq.
Səudiyyə Ərəbistanına edəcəyi səfər çərçivəsində həmçinin İŞİD-lə mübarizə və bölgədəki digər münaqişələr danışıqların leytmotivini təşkil edəcək.
Ağ Evdən məlumat təsdiqlənib.
Xatırladaq ki, Donald Tramp və ABŞ-ın yüksək vəzifəli şəxsləri dəfələrlə İranı beynəlxalq terrorçuluğa dəstək verməkdə ittiham edib.
May ayında Trampın İsrail və Vatikana da səfəri gözlənilir. Bundan sonra isə o, NATO-nun Brüsseldə keçiriləcək sammitinə və Siciliyada "G7"nin zirvə görüşünə qatılacaq.