Mosulda məktəb bombalandı: 81 ölü
Mosulda məktəbə raket zərbəsinin endirilməsi nəticəsində 81 nəfər ölüb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, raket zərbələri şəhərin qərb hissəsinə İŞİD terrorçuları tərəfindən endirilib.
Ölənlərdən 29-u qadın, 18-i uşaqdır.
Məlumata görə, İraq hərbçiləri və terrorçular arasında döyüşlər baş verən zaman dinc sakinlər həmin məktəbdə gizlənirmişlər.