Prokuror GÜLƏR ƏHMƏDOVAYA 4 İL HƏBS istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. APA TV-nin xəbərinə görə, iş üzrə məhkəmə istintaqı başa çatıb. Prosesdə çıxış edən dövlət ittihamçısı Eldar Həmzəyev Gülər Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Prokuror bildirib ki, ittihama əsasən, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 - etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə, 307.2- qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə,  maddələri ilə təqsirləndirilməlidir.

 

Onun himayəsində azyaşlı uşaq olması, ictimai fəaliyyəti, parlamentin 3 çağırış deputatı olması yüngülləşdirici hal kimi nəzərə alınmalı, həmçinin vurulan maddi ziyanın məbləği məhkəmə tərəfindən müəyyən olunmalıdır.

Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxs cəzasını həbsdə çəkməlidir.

 

Çıxış etmək üçün söz Gülər Əhmədovanın vəkili Əfsər Talıbova verilib. Vəkil çıxışa hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.

Proses noyabrın 21-də davam etdiriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv