Fransada ikinci tur prezident seçkilərinin nəticələri açıqlandı
APA-nın BFMTV telekanalına istinadən verdiyi xəbərə görə, ilkin nəticələrə əsasən “En Marche”, yəni "Yürüş" Hərəkatının lideri Emmanuel Makron 65,9% səslə öndədir. Onun rəqibi , “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen 34,1% səs toplayıb.
M. Le Pen Emmanuel Makronu seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.
Səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.
Qeyd edək ki, 39 yaşlı E. Makron seçiləcəyi halda Fransanın ən gənc prezidenti olacaq.