Azərbaycan prezidenti Ukraynada səfərdədir

Azərbaycan prezidenti İlham Əliyev Ukraynada rəsmi səfərdədir. Dövlət başçısı və xanımı Mehriban Əliyeva Kiyevə noyabrın 17-də yola düşüblər. Azərbaycan prezidenti və xanımını Kiyevin Borispol hava limanında Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Səfər Ukrayna prezidenti Viktor Yanukoviçin rəsmi dəvəti ilə reallaşır.

Ukrayna prezidenti Administrasiyasının binası qarşısında Azərbaycan prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Ölkə başçısını Ukrayna prezidenti Viktor Yanukoviç qarşılayıb.

 

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Viktor Yanukoviç bir-birinə dövlət mükafatları təqdim edib. Ukrayna prezidenti azərbaycanlı həmkarını “Azadlıq” ordeni ilə təltif edib. Öz növbəsində İlham Əliyev Viktor Yanukoviçə “Heydər Əliyev” ordenini təqdim edib.

 

Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri çərçivəsində həmçinin bir sıra sənədlər imzalanıb. Noyabrın 18-də Kiyevdə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç mətbuata bəyanatlarla çıxış ediblər.

 

Müəllif | Apa.Tv
Apa.tv