Türkiyə həbsxanasında qiyam: 7 yaralı var
Türkiyənin Dənizli şəhərində qadın həbsxanasında qiyam qalxıb.
APA TV-nin "Haberler" saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı 5 qız həbsxana gözətçiləri ilə mübahisə edib. Mübahisə sonradan böyüyərək kütləvi davaya çevrilib və nəticədə 7 məhbus xəsarət alıb.
Əraziyə sonradan əlavə polis qüvvələri cəlb olunub və həbsxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Həmin 5 qızın hansı səbəbdən gözətçilərlə mübahisə etdiyi açıqlanmır.