Lənkəranda iş adamı AVTOMOBİLİNDƏ GÜLLƏLƏNDİ

Lənkəran rayonunda qətl hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə noyabrın 18-i axşam saatlarında Lənkəran rayonunun Göyşaban kəndi ərazisində, Ələt-Astara yolunun yaxınlığında baş verib.

 

Göyşaban kənd sakini Nəzərov Etibar Vəkil oğlu “Mitsubishi” markalı avtomobilində tapançadan başına atəş açılmaqla güllələnib. Onun mübahisə zəminində öldürüldüyü ehtimal olunur. Hadisənin kim və kimlər tərəfindən törədildiyi hələlik bilinmir.

 

Hadisə yerinə mərhumun qohumları və hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Araşdırma aparılır.

 

Qətlə yetirilənin iş adamı olduğu bildirilir.

 

Müəllif | Apa.Tv