Tovuzda meyit tapıldı
Tovuzda dəmir yolu xəttinin kənarında kişi meyiti tapılıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, araşdırma zamanı ölən şəxsin 1962-ci il təvəllüdlü Ramiz Paşa oğlu Qasımov olduğu müəyyən edilib. Onun alkoqol düşkünü olduğu və tüfeyli həyat tərzi sürdüyü bildirilir.
Meyitin üzərində heç bir zorakılıq əlaməti olmayıb. Faktla bağlı araşdırma aparılır.