Ermənilərin çayla axıtdığı mina Ağcabədidə tapıldı
Ermənilərin Qarqar çayı ilə axıtdığı mina Ağcabədi rayonu ərazisində aşkarlanıb.
APA TV-nin Qarabağ müxbirinin xəbərinə görə, sel suları ilə gələn TM-62M tank əleyhinə mina Ağcabədi rayonun Muğanlı kəndi ərazisində suyun səviyyəsi aşağı düşdükdən sonra üzə çıxıb.
Yerli sakinlər gördükləri partlayıcı qurğu barədə ANAMA-nın əməkdaşlarına məlumat verib. Hadisə yerinə gələn minaaxtaranlar partlayıcı qurğunu daşınması təhlükəli olduğu üçün yerindəcə zərərsizləşdirib.