Temperatur 32 dərəcəyə yüksələcək
Mayın 10-da Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq.
Axşam dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nzirliyindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 13-16, gündüz 25-30, Bakıda gecə 14-16, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 13-18, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.