Türkiyənin məşhur müğənnisi vəfat edib?
Türkiyənin məşhur müğənnisi İbrahim Ərkalın beyin ölümü keçirdiyi bildirilir.
APA Tv-nin “Hüriyyət” qəzetinə istinadən məlumata görə, bu barədə müğənninin uzun müddətdir müalicə aldığı xəstəxanadan da məlumat yayılıb.
1967-ci ildə Ərzurum vilayətində anadan olan Ərkal 1994-cü ildə ilk musiqi albomunu çıxarıb.
Qeyd edək ki, bir müddət əvvəl o insult keçirərək evinin qarajında qəfl yıxılıb.