Pentaqon: Silahları Rəqqanın azad edilməsi üçün göndəririk
ABŞ Suriyanın Rəqqa şəhərini İŞİD terror qruplaşmasından azad edilməsi üçün kürd silahlılarına (PYD, YPG) “məhdud sayda” silah-sursat tədarük edəcək.
APA Tv-nin xəbərinə görə, bu barədə Pentaqon rəsmisi bildirilib.
“Biz ABŞ-ın bu addımları ilə əlaqədar Türkiyənin narahatlığını yaxşı anlayırıq... Biz bu silah-sursatı konkret hərbi məqsəd üçün tədarük edirik. Bizim ayıracağımız silah yalnız Rəqqanın azad edilməsi üçün nəzərdə tutulub”, - deyə o qeyd edib.
Xatırladaq ki, Mayın 8-i ABŞ prezidenti Donald Tramp Demokratik Suriyə quvvələrinə ağır silahların verilməsini nəzərdə tutan qərar verib.