Xırdalanda 25 yaşlı gənc bıçaqlandı
Abşeron rayonunda gənc oğlan naməlum şəraitdə bıçaqlanıb.
APA TV-nin xəbərinə görə, qanlı hadisə Xırdalan şəhər bazarının yaxınlığında baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Həsənzadə Zahid Mahir oğlu axşam saatlarında evinə gedərkən tanımadığı şəxs və ya şəxslərlə mübahisə edib. Nəticədə Z.Həsənzadəyə iki bıçaq xəsarəti yetirilib.
Yaralını 1 saylı xəstəxanaya hadisə şahidləri çatdırıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Faktı Abşeron polisi araşdırır.