Meksikada festivala hazırlıq faciə ilə bitdi: 22 ölü
Meksikada pirotexniki vasitələrin saxlandığı anbarda partlayış baş verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə nəticəsində 14 nəfər ölüb, 22 nəfərin yaralandığı bildirilir.
Ölənlərin çoxu azyaşlıdır. Onlar yaxınlıqdakı ərazilərdə yaşayıb və 5-15 yaş arasındadırlar.
Partlayış festivala hazırlıq zamanı, pirotexniki vasitələrin bəzilərinin sınaqdan çıxarıldığı zaman yaranan qığılcım səbəbindən baş verib.