Bakıda iki qadın əcnəbini soydu
Bakıda əcnəbi vətəndaşın yaşadığı evdən oğurluq olub.
APA TV-nin xəbərinə görə, polisə müraciət edən şəxs qadın tanışları evdən gedəndən sonra 150 manat, 4500 ABŞ dolları pul və 2 ədəd mobil telefonunun oğurlandığını bildirib.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da rayon ərazisində kirayədə yaşayan əcnəbi vətəndaşın evindən oğurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakini Günay Əliyeva tutulub. Digər qadının axtarışları davam etdirilir.