Ermənistan ordusunun hərbçisi güllələnib
Ermənistan ordusu daha bir hərbçisini itirib. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, hadisə Ermənistan ərazisində qeydə alınıb.
Hərbi hissələrin birində hadisə yerli vaxtla saat 8:40-da baş verib. Kiçik serjant Qagik Aruşeviç Mesropyan qətlə yetirilib.
Güllə yarası alan hərbçini xəstəxanaya çatdırmaq mümkün olmayıb.
Onun hərbçi yoldaşı tərəfindən güllələndiyi məlum olub.