Azərbaycanda güclü zəlzələ oldu
Bu gün saat 07:00 radələrində Azərbaycanın bir neçə rayonunda zəlzələ baş verib.
APA-nın məlumatına görə, zəlzələ Şirvan şəhəri, Salyan rayonu və Lənkəranda hiss olunub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ yerli vaxtla saat 07:24:19-da Saatlı rayonu ərazisində qeydə alınıb. Zəlzələnin maqnitudası 5.3 bal, dərinliyi 39 km olub.
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3-4 bala qədər hiss olunub.
Zəlzələ həmçinin Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad, Füzulidə də hiss olunub.