Tovuzda qoyunun 5 balası olub
Tovuzda qoyunun 5 balası olub. APA TV-nin yerli bürosunun xəbərinə görə, maraqlı hadisə Rayonun Əlimərdanlı kəndində Qəmbər Hüseynovun təsərrüfatında qeydə alınıb.
Səhər saatlarında tövlənin qapısını açan kənd sakini gördüklərinə inanmayıb. Qoyunun 5 quzu dünyaya gətirməsini təsərrüfatçı nadir hadisə kimi qiymətləndirir. Qəmbər Hüseynov deyir ki, əvvəllər təsərrüfatında belə hal olmayıb.
Quzuların 5-nin də sağlamlığı qaydasındadır və normal qidalanırlar. Nadir hadisə kənd sakinlərinin də böyük marağına səbəb olub.