Kürdlər daha bir şəhəri İŞİD-dən azad edib
ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri İŞİD-in nəzarətində olan Tabka şəhərini ələ keçirib.
APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, həftələrlə davam edən qarşıdurmalardan sonra bütövlükdə şəhər nəzarətə götürülüb.
Suriya Demokratik Qüvvələrinin sonrakı hədəfinin, İŞİD-in istehkam qalası rolu oynayan Rəqqa şəhəri olduğu açıqlanıb. Rəqqa Tabkanın 40 kilometr qərbində yerləşir.
Hazırda qüvvələr Hümsdə mövqeyi zəifləyən İŞİD silahlılarına qarşı hərbi əməliyyatlarını davam etdirir.