TRT-nin rəhbəri istefa verdi
Türkiyənin dövlət Radio Televiziya Qurumu - TRT-nin baş direktoru Şenol Göka vəzifəsindən istefa verib.
APA TV-nin "Hürriyet"ə istinadən verdiyi məlumata görə, Ş.Göka istefasının səbəblərini açıqlamayıb.
Onun istefası qəbul edilib və yerinə təyinat olanadək səlahiyyətlərinin icrası müavini Erkan Durduya tapşırılıb.