“Çelsi” 6-cı dəfə İngiltərə çempionu oldu
İngiltərə Premyer Liqasında 37-ci tura start verilib. APA TV-nin məlumatına görə, səfərdə “Vest Bromviç”-i minimal hesabla məğlub edərək (1:0) 87 xal toplayan Londonun “Çelsi” klubu çempionatın bitməsinə bir tur qalmış çempionluğunu rəsmiləşdirib. Oyundakı yeganə qolu 82-ci dəqiqədə “Çelsi”nin portuqaliyalı oyunçusu Mişi Batşuayi vurub.
Antonio Kontenin yetirmələrinin ən yaxın izləyicisi "Tottenhem" 77 xalla ikinci, "Liverpul" isə 70 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, bu, "Çelsi"nin 6-cı çempionluğudur.