5 yaşlı Dövlət Komitəsi

Azərbaycanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılmasının 5 ili tamam olur. Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə yaradılan komitənin fəaliyyəti 2012-ci il aprelin 4-də fəaliyyəti daha da təkmilləşdirilib, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Dövlət Metrologiya Xidməti və Dövlət Akkreditasiya Xidməti yaradılıb.

 

APA TV-nin xəbərinə görə, Dövlət Nəzarəti Xidməti fəaliyyətə başladığı dövrdən mütəmadi olaraq, təsərrüfat subyektlərində dövlət nəzarəti aparıb. Onların sırasında çörək məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasına, ictimai iaşə müəssisəsində xidmətin və ərzaqla təminatın keyfiyyətinin artırılmasına, o cümlədən yeyinti məhsullarının idxalına aid edilən nəzarət tədbirlərini misal göstərmək olar. Monitorinqlər nəticəsində hələ də bir sıra istehsalçılar və sahibkarların keyfiyyətsiz məhsulların istehsal və respublikaya idxal etdiyi aşkarlanır. Bununla bağlı Komitə qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər həyata keçirir. Dövlət Nəzarəti Xidməti tərəfindən insan həyatı və sağlamlığına təhlükə yaradan, normativ sənədlərə uyğun olmayan qida məhsulları istehsalçı və idxalçılarına qarşı qanunvericiliyə uyğun olaraq cərimə sanksiyaları tətbiq olunub, uyğunluq sertifikatı olmayan məhsulların istehsalı və satışı qadağan edilib, təhlükəli ərzaq məhsulları dövriyyədən çıxarılaraq məhv edilib.

 

Azərbaycanın Normativ sənədlər üzrə Dövlət Fondunda hazırda 21 056 standart mövcuddur. Bunların 711-i dövlət, 20 407-si isə dövlətlərarası standartdır. Bu standartlar əsasən, neft-kimya, elektrotexnika, nəqliyyat, ekologiya, qida sənayesi, informasiya texnologiyaları, tikinti materialları, kənd təsərrüfatı, keyfiyyət sistemi və s. sahələri əhatə edir.

 

Müəllif | Apa.Tv