Fransanın yeni prezidenti vəzifəsinin icrasına başladı
Bazar günü səhər rəsmən Fransa prezidenti elan edilən Emmanuel Makron axşamdan etibarən vəzifəsinə başlayacağını bildirib.
APA TV-nin "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, E.Makron bunu mayın 14-də baş tutan andiçmə mərasimindən sonra bildirib.
E.Makron ilk rəsmi çıxışında deyib ki, seçki öncəsi verdiyi heç bir vədindən geri çəkilmir: “Biz tariximizdə ən yaxşı səhifələrdən birini yazmaq üçün birləşməliyik. Mənə hər birinizin dəstəyi lazımdır. Biz fransızların özünə inamını qaytarmalıyıq”.
E.Makron əmin edib ki, dünya Fransanın sözlərini diqqətlə dinləyəcək: “Fransa həmişə azadlığın və dünyada həmrəyliyin tərəfində olacaq. Bizə daha effektiv, daha demokratik Avropa İttifaqı lazımdır. Avropa İttifaqı bizim gücümüz və suverenliyimizin vasitəsidir. Mən bu istiqamətdə bütün gücümü sərf edəcəm”.