Cəbhədə erməni hərbçisi öldürülüb
Ermənistan ordusu daha bir itki verib. APA TV-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, qoşunların təmas xəttində erməni hərbçinin meyiti tapılıb.
Hadisə mayın 14-də Ermənistan ordusunun hərbi hissələrinin birinə aid döyüş postunda qeydə alınıb.
Meyiti tapılan hərbçi kiçik serjant Arşak Vaaqnoviç Arşakyandır. Onun boğazında güllə yarası aşkarlanıb.