Nikol Kidman Türkiyədə bir gündə 525 min dollar qazandı
Dünya şöhrətli Hollivud ulduzu Nikol Kidman Türkiyəyə qısa səfər edib.
APA TV-nin məlumatına görə, o, Bodrumda yeni hotelin açılışında iştirak edib.
Türkiyə mətbuatı xəbər verir ki, ABŞ-dan xüsusi təyyarə ilə gələn Nikol Kidmanın gecəyə qatılması hər kəsin diqqətini cəlb edib. Maraqlıdır ki, ulduza gecədə iştirak üçün 525 min ABŞ dolları ödənib. Nikol Kidman qısa çıxışında “Bodruma yenə gələcəyəm” deyib.
Qeyd edək ki, Hollivudun yaşlanmayan qadınları arasında yer alan Nikol Kidmanın gələn ay 50 yaşı tamam olacaq.