Azərbaycan və Ermənistan prezidentləri görüşdülər

Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən görüş başa çatıb. APA TV-nin "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, prezidentlər mətbuata heç bir açıqlama vermədən görüşün keçirildiyi hoteldən ayrılıblar. Görüşün yekunu ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanat verməsi gözlənilir.

 

Eyni zamanda Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan “Twitter” səhifəsində yazıb ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşündə ATƏT-in Minsk qrupu həmsədrləri və hər iki ölkənin nazirləri də olub.

 

Prezidentlərin görüşü barədə razılıq həmsədrlərin noyabrın 4-5-də regiona səfəri zamanı əldə olunub. İki ölkənin prezidentləri təxminən iki illik fasilədən sonra bir araya gəliblər.

 

Müəllif | Apa.Tv