Məleykə Abbaszadə qəbul keçirdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Quba rayonunda Quba, Xaçmaz, Qusar,  Şabran və Siyəzən rayonlarının sakinləri ilə görüşüb. APA TV-nin xəbərinə görə, görüş zamanı komissiya sədri onların müraciətlərini dinləyib. Qəbulda 14 vətəndaş iştirak edib.

 

Müraciətlər əsasən, bölgə əhalisinin təhsil, təlim-tərbiyə sahəsində qarşılaşdıqları çətinliklərlə bağlı olub. Bundan başqa, sakinlər komissiya sədrinə orta məktəblərdə buraxılış imtahanları ilə bağlı təkliflərini, qəbul imtahanlarına dair rəy və sorğularını bildiriblər. TQDK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyati qurumlara göndəriləcək və vətəndaşların problemlərinin həllinə çalışılacaq.

Müəllif | Apa.Tv
Vəli Turan