Şou faciə ilə bitdi: sürücü maşının altında qaldı
Hindistanda "ölüm quyusu"nda şou faciə ilə bitib.
APA TV-nin məlumatına görə, 2 avtomobil və 2 motosikletlə göstərilən şou ölümlə nəticələnib.
Motosikletlərdən biri sürətini azaldan avtomobilə çırpılıb. Yerə düşən motosiklet sürücüsünün üzərinə isə avtomobil düşüb.
Xəstəxanaya çatdırılan motosiklet sürücüsünün həyatını xilas etmək mümkün olmayıb.