Qitənin ən güclüsü olan şahmatçılarımız Azərbaycana qayıtdılar

Varşavada şahmat üzrə keçirilən komandalararası Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət millisi 4 illik fasilədən sonra yenidən qitənin ən güclüsü adına layiq görülüb.


Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov və Qədir Hüseynovdan ibarət yığmaya Aleksandr Xalifman rəhbərlik edir. Ermənistanla heç-heçə oynadıqdan sonra, 37 ölkə arasında reytinqinə görə 6-cı olan komandamız 9 görüşdən 14 xal toplayaraq, rəqibləri üçün əlçatmaz olub, birinci yeri qazanıb. Aktivində 13 xalı olan Fransa 2-ci, eyni xalla Rusiya 3-cü yeri tutub.
 

APA TV-nin xəbərinə görə, Bakıya dönən sonra şahmatçılar mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət etdilər.


Daha sonra qalibləri Milli Bankın İdarə Heyətinin sədri, Şahmat Federasiyadının prezidenti Elman Rüstəmov qəbul edib.

 

Müəllif | Apa.Tv