Bakıda 17 yaşlı oğru tutuldu
Suraxanı RPİ-nin əməkdaşları bir neçə oğurluq törətmiş 2000-ci il təvəllüdlü Nühan Gülümcanovu şübhəli şəxs qismində saxlayıb.
Müstəntiq Raqif Rəhimov APA TV-yə ki, onun rayon ərazisində bir neçə oğurluq hadisəsində iştirak etdiyini bildirib: "Ötən ilin noyabr ayında Suraxanı rayonunda mağaza qarət olunub. Aparılan əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən Nühan Gülümcanov saxlanılıb".
Saxlanılan şəxs törətdiyi cinayətlərin sayının çox olduğunu təsdiqləyib: "Bilmirəm sayını, çoxdur. İlk dəfə deyil, əvvəl də tutulmuşam".
Faktı Suraxanı Rayon Polis İdarəsi araşdırır.