Qızına söz atan 26 yaşl oğlanı güllələdi

Oğuz rayonunda qətl hadisəsi baş verib. APA TV-nin məlumatına görə,  hadisə noyabr ayının 19-da Oğuz rayonunun Muxas kəndində qeydə alınıb. Kənd sakini, 55 yaşlı BünyaminYusifov  kəndin mərkəzində 12 çaplı ov tüfəngi ilə həmkəndlisi, 26 yaşlı Rüfət Salamova atəş açaraq öldürüb. BünyaminYusifov qətli törətdikdən sonra hadisə yerindən qaçıb.

 

Oğuz rayon Polis şöbəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində Bünyamin Yusifov kənd ərazisində meşə zolağında tutularaq istintaqa təhvil verilib.
O, ilkin dindirmə zamanı Rüfət  Salamovu qızına söz atdığı üçün qətlə yetirdiyini deyib.
Faktla bağlı Oğuz rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv