ATƏT sədri prezidentlərin görüşü ilə bağlı bəyanat verdi

“Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə dialoq tərəflər arasında etimad və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə tövhə verəcək və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə müsbət stimul verəcək”.

 

Bu sözlər ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair verdiyi bəyanatında yer alıb. O qeyd edib ki, bu cür danışıqlar sülhə və sabitliyə zəmanət verir və regional əməkdaşlıq üçün yeni imkanlar açır. 

 

APA TV-nin xəbərinə görə, bəyanatda həmçinin qeyd olunub ki, Ukrayna ATƏT-nin sədri olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında tam nizamlanmasına yönəlmiş müntəzəm dialoqun qurulması üzrə səylərini  dəstəkləməyə hazırdır.

 

Noyabrın 19-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilib. İki ölkənin prezidentləri iki illik fasilədən sonra bir araya gəliblər.

 

Müəllif | Apa.Tv