DƏHŞƏTLİ VERTOLYOT QƏZASINDAN 22 il ötür

Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən biri olan Qarakənd kənd faciəsindən 22 il ötür. 1991-ci il noyabrın 20-də ermənilər Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunu vurub. Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimi və jurnalist həlak olub. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də vardı. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.


Helikopterin "qara qutusu" tapılaraq Moskvaya göndərilib. İndiyədək "qar qutu"nun harada olduğu açıqlanmır. Ermənilər bunu adi qəza kimi qəbul etdirmək istəsələr də, sonradan aparılan araşdırmalar nəticəsində məlum olub ki, helikopterə Amerika istehsalı olan "Barret M82A1" silahından atəş açılıb. 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla 2 km məsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları siradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həmdə kütləvi qırğın silahları cərgəsində gedir. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna "nüvə yanğını" deyirlər.

 

Müəllif | Apa.Tv
Apa.tv