Vaşinqtonda Ərdoğanın mühafizəçilərinə hücum etdilər, yaralılar var
Vaşinqtonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarları və əleyhdarları arasında qarşıdurma baş verib.
APA TV-nin məlumatına görə, toqquşmalar Türkiyə səfirliyinin binadsı yaxınlığında qeydə alınıb. Əllərində "Dəmirtaşa azadlıq" plakatı daşıyan bir qrup Ərdoğan əleyhinə şüarlar səsləndirib. Bundan sonra həmin qrupla səfirlik tərəfdə Türkiyə bayrağı ilə dayanan Ərdoğan tərəfdarları arasında toqquşma baş verib.
Ərdoğanın mühafizəçilərinin də davada iştirak etdiyi deyilir.
İnsident nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Polis toqquşmaların baş verdiyi ərazini nəzarətə götürüb. Saxlanılanlar barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, Ərdoğan Vaşinqtonda rəsmi səfərdədir.