Avtomobil qəza törətdi, yol bağlandı

Bakının Nərimanov rayonu, Heydər Əliyev prospekti ilə hərəkət edən sürücü qəza törədib. APA TV-nin məlumatına görə, "KİA Optima" markalı, 90 RS 460 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək “Şəfa” stadionunun yaxınlığında yoldan çıxıb. Avtomobil prospektdəki işıq dirəklərinə çırpılıb, nəticədə sürücü yüngül bədən xəsarətləri alıb. Nərimanov  Rayon Yol Polisi İdarəsindən verilən məlumata görə, qəzaya yüksək sürət səbəb olub. Qəza ilə bağlı prospektdə sıxlıq meydana gəlib.

 

Qəza törədən maşın ərazidən evakuasiya edildikdən sonra nəqliyyatın hərəkəti tam bərpa olunub.

Müəllif | Apa.Tv