İmperatorun nəvəsi "zati-aliləri" titulundan imtina etdi - SƏBƏB
Yaponiya imperatorunun nəvəsi Mako Akisino malik olduğu "zati-aliləri" titulundan imtina etməyə hazırlaşır.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, buna səbəb onun 5 il əvvəl tanış olduğu Kei Komura ilə ailə həyatı qurmaq istəyidir.
Ölkə qanunlarına görə, imperator ailəsinə mənsub şəxslər bu soydan olmayan insanlarla evlənəcəyi təqdirdə "zati-aliləri" titulundan və imperator taxtına namizəd olmaqdan imtina etməlidir. Makonun özü isə mətbuata açıqlamasında bu halın onu qətiyyən narahat etmədiyini bildirib.
Qeyd edək ki, bu, artıq imperator ailəsində səkkizinci analoji haldır.