Məşhur incəsənət xadimi anıldı

Azərbaycan Dövlət Filarmoniyasında  əməkdar incəsənət xadimi Gülarə Əliyevanın 80 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçirilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ombudsman Elmira Süleymanova, ədliyyə naziri Fikrət Məmmədov və başqa dövlət rəsmiləri  iştirak ediblər. Əbülfəs Qarayev jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Gülarə Əliyevanın xatirəsinə həsr olunan kitab artıq çapa hazırlanır.

 

Anım mərasimində çıxış edən millət vəkili Rafael Hüseynov Gülarə Əliyeva haqqında fikirlərini bildirib, xatirələrini danışıb. Xatirə gecəsində “Dan ulduzu” ansamblının müşayiəti ilə müxtəlif musiqi əsərləri ifa edilib.

 

Müəllif | Apa.Tv