Düşmən ordusu daha bir itki verdi
Cəbhədə erməni hərbçisi öldürülüb. APA TV-nin məlumatına görə, bu barədə Ermənistan mətbuatı yazıb.
Hadisə mayın 17-də, saat 10:30-da Ermənistan ordusunun hərbi hissələrinin birinin döyüş postunda qeydə alınıb.
Ölən hərbçi düşmən ordusunda müqavilə ilə xidmət edən Qrişa Vardanoviç Karapetyandır. Onun cəsədi üzərində güllə yarası aşkarlanıb.