İsmayıllıda bədii gimnastika üzrə ölkə çempionatı keçirildi

İsmayıllı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı keçirilib. APA TV-nin bölgə müxbiri xəbər verir ki, açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Seyidov çıxış edərək, milli yığma komandamızın dünya və Avropa çempionatlarında əldə etdiyi uğurlardan danışıblar. Çempionatda 16  nəfər yeniyetmə və gənc gimnast öz qüvvəsini  sınayıb. Çoxnövçülük  üzrə yarışlarda Marina  Durunda 1-ci yerə, Lalə  Yusifova 2-ci  yerə, Züleyxa İsmayılova isə halqa ilə rəqslə 3-cü  yerə layıq görülüb. Bütün nominasiyalar üzrə fərqlənən gimnastlar diplom və qiymətli hədiyyələrlə  mükafatlandırılıb. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov