Ermənistan hökuməti istefa verdi
Ermənistan hökuməti istefa verib.
APA TV-nin erməni saytına istinadən verdiyi məlumata görə, prezident Serj Sarkisyan hökumətin istefasını qəbul edib.
Hazırkı hökumətin üzvləri yeni hökumət formalaşanadək səlahiyyətlərini icra edəcəklər.
Qeyd edək ki, bu gün Ermənistanın yeni seçilmiş parlamentinin ilk iclası keçirilib.