Yanacaq və avtomobillərin qiyməti artacaq?

Yanvarın 1-dən Azərbaycanda "Avro-3" standartlarının tətbiqinə başlanacaq. Ölkənin avtomobil parkı cavanlaşdırmaq və atmosferə ixrac olunan zərərli qazları minimuma endirmək üçün bu standarta keçilməsi zəruri hesab olunur. APA TV-nin xəbərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səri Ramiz Həsənov deyir ki, "Avro-4" və "Avro-5" standartları da hazırdır: "Təbii ki, bütün qurumlar hazırdır. Biz standartı çoxdan qəbul etmişik. 2014-cü il yanvar ayından həyata keçiriləcək".

 

 “Avro-3”ə keçidin Azərbaycanda yanacağın qiymətinə təsirinə gəlincə, komitə sədri bunları dedi: "Düşünmürəm ki, bu, yanacağın qiymətinə təsir etsin. Etsə də, cüzi bir fərq olar. Ancaq sağlamlıq hər şeydən önəmlidir. Ona görə də  bu standarta keçməliyik".

 

Mütəxəssislər hesab edir ki, həyat üçün zərərli olan dəm qazının "Avro-2" standartında norması 2,5 qram qəbul olunurdusa, yeni standartlara əsasən bu miqdar 2 dəfə azdır.

Standartın ilkin tətbiqi ilə maşın bazarlarında qiymət artımı da qaçılmaz olacaq.

Avropada ilk dəfə 1992-ci ildə "Avro-1" standartının tətbiqinə başlanılıb. 1995, 1999, 2005 və 2009-cu illərdə müvafiq olaraq zərərli qazların azaldılması üçün yeni standartlar tətbiq olunub.

 

Müəllif | Apa.Tv