Obalarda məskunlaşan məcburi köçkünlərin istilik problemi

Ağcəbədidə Laçından olan məcburi köçkünlərin sığınacaq tapdığı Taxta Körpü qəsəbəsində bir neçə evdən ibarət xırda obalar salınıb. Ümumilikdə belə obaların sayı 80-dir. Qış aylarında obalarda məskunlaşan sakinlərin istilik təminatı ilə bağlı ciddi problemlər olur. Bel ki, burdakı yaşayış evlərini isitmək üçün yeganə istilik mənbəyi elektrik enerjisidir. Elektrik enerjisinin verilməsində də problem yarananda sakinlər çıxılmaz vəziyyətə düşürlər.

 

Sakinlər deyirlər ki, elektrik paylayıcıları sıradan çıxıb. Yenilərinin qurulmasına ehtiyac var. Amma qurulmur.

 

Laçın Rayon İcra Hakimiyyətindən APA TV-yə bildirilib ki, sakinlərin kompakt şəkildə məskunlaşdığı qəsəbələr təbii qazla təhciz olunur.

Obalarda yaşayanların istilik probleminin həlli üçün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hər ailəyə aylıq norma müəyyən edir. İcra orqanları oba sakinlərinə istilik problemlərini aradan qaldırmaq üçün yalnız o həcmdə duru yanacaq ayıra bilir. Transformatorların dəyişdirilməsi hələlik müzakirə edilmir. 

Müəllif | Apa.Tv