Permdə ERMƏNİ ARXİTEKTORUN qatillərinin azərbaycanlı olduğu müəyyənləşib

Perm vilayətinin Solikamsk şəhərinin baş arxitektoru Olqa Karapertyanın  qətli ilə bağlı başlanılan cinayət işi yekunlaşıb. Toplanmış cinayət işinin materialları məhkəməyə göndərilib.

 

APA TV-nin xəbərinə görə, baş arxitektor 2010-cu il martın 18-də yaşadığı evin girişində güllələnib. Cinayətin törədilməsinin səbəbi kimi göstərilən ehtimallardan biri, Solikamsk şəhərinin tarixi görkəmini geri qaytarmaq istədiyini dəfələrlə bəyan edən arxitektorun peşəkar fəaliyyəti ilə bağlıdır. Qətlin sifarişçisi ilə bağlı cinayət işi ayrılaraq, başqa icaraata verilib. İstintaqın gəldiyi qənaətə görə, muzdlu qatillər 46 və 27 yaşlı azərbaycanlılar olub.

 

Olqa Karapetyan səhər evdən cıxıb işə gedən zaman bir nəfər ona yaxınlaşaraq, tapancadan ardıcıl atəş acıb. Aldığı güllə yaralarından qadın hadisə yerində ölüb. Sifarişi həyata kecirənlər isə avtomobilə minərək şəhərdən qaçıblar. Mustəntiqlərin sözlərinə görə, qətl professional killər tərəfindən həyata keçirilib. İstintaq sirri olduğundan azərbaycanlıların adları acıqlanmır. Onları hələlik yaxalamaq mümkün olmayıb. Məhkəmədə qətlin sifarişçisinin cinayət işi araşdırılacaq. Cinayət işi 15 cilddən ibarətdir.       

 

Müəllif | Apa.Tv
Apa.tv