Düşmənin itkiləri artır: Qarabağda daha bir erməni hərbçisi məhv edildi
Azərbaycanın işğal olunmuş ərazilərində daha bir düşmən hərbçisi məhv edilib. APA TV-nin erməni saytlarına istinadən məlumatına görə, hadisə bu gün saat 07:20-də təmas xəttinin şimal hissəsində qeydə alınıb.
Həmin ərazidə atəşkəsi pozan Ermənistan ordusunun bölmələrinə açılan cavab atəşi nəticəsində 1996-cı il təvəllüdlü hərbçi Karen Saribekoviç Danielyan öldürülüb.
Xatırladaq ki, son günlər qarşı tərəf cəbhədə gərginlik yaratmaqda davam edir. Ermənistan ordusu mövqelərimizlə yanaşı, təmas xəttinə yaxın olan yaşayış məntəqələrimizi də atəşə tutur.