Qubada çaydan kişi meyiti tapıldı
Qubada çaydan kişi meyiti tapılıb. APA TV-nin şimal bürosunun məlumatına görə, 45-50 yaşlarında naməlum kişi meyiti Qudyalçayın şəhər ərazisindən keçən hissəsində aşkar edilib. Hadisə şahidləri meyiti səhər tezdən gördüklərini deyir: "Haradasa 7-8 arası olardı. 08:30-da apardılar. Polis hamısı burda idi. Dedilər meyit var. Polis qışqırdı ki, ayaq görünür. Sonra da dartıb çıxardılar".
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit sudan çıxarılaraq ekspertizadan keçirilməsi üçün Quba Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.
Fakt araşdırılır.