Qubada ər arvadının başını kəsdi
Qubada qətl hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə rayonun Güləzi kəndində qeydə alınıb.
Kənd sakini, 1986-cı il təvəllüdlü Murad Şirinbəy oğlu Ələsgərov həyat yoldaşı, 1988-ci il təvəllüdlü Ulduz Aydın qızı Ələsgərovanın başını kəsərək qətlə yetirib.
Ailənin 3 azyaşlı övladı var.
Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.