İslamiada: Hacı Əliyev qızıl medal qazandı
IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışları davam edir. APA TV-nin məlumatına görə, 61 kq çəki dərəcəsində ölkəmizi Hacı Əliyev təmsil edib.
Dünya çempionu və Olimpiya Oyunlarının bürünc mükafatçısı turnirə 1/8 final mərhələsindən start verib.
Hacının finaldakı rəqibi qırğızıstanlı Alibek Osmonov olub. Bu rəqibinə də heç bir şans verməyən pəhləvanımız 10:0 hesablı erkən qələbə ilə hamıdan güclü olduğunu sübut edib.