Qax sakininin evi yandı
Qax rayonunda yanğın baş verib. Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA TV-yə verilən məlumata görə, yanğın hadisəsi rayonun Şotavar kəndində Əfqan Babayevə məxsuz ümumi sahəsi 165 kv/m olan birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb. Hadisə yerinə FHN-nin Qax rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində Əfqan Babayevə məxsuz evin yanar konustruksiyaları və içərisində ev əşyalarının çox qismi yanaraq, yararsız hala düşüb. İlkin ehtimala görə, yanğına səbəb evə quraşdırılmış odun sobası olub. Fakla bağlı FHN-nin qax rayon DYMH-də araşdırma aparılır.