İndoneziyada ardıcıl terror aktları: ölənlər və yaralananlar var
İndoneziyanın paytaxtı Cakartada bir-birinin ardınca iki partlayış baş verib. İlkin məlumata görə, partlayışlar nəticəsində 3 polis əməkdaşı həlak olub. İki terrorçu-intiharçı üzərlərindəki partlayıcı qurğunu işə salıblar.
Hadisə nəticəsində 10 nəfər yaralanıb. Onlardan 5-inin asayiş keşikçisi olduğu bildirilir.
Şahidlər bildiriblər ki, partlayışlar 5-10 dəqiqəlik fasilə ilə avtobus dayanacağı və motosikletlər üçün dayanacağın yaxınlığında törədilib.
Cakarta polisinin məlumatına görə, partlayışları törədənlərin şəxsiyyətləri müəyyənləşdirilir. İndiyədək heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.