Avropa Liqasının kuboku Mançesterə getdi
Qitənin ikinci dərəcəli klub turniri olan Avropa Liqasının finalı keçirilib. APA TV-nin məlumatına görə, həlledici görüşdə “Ayaks” və “Mançester Yunayted” üz-üzə gəlib.
Çempionlar Liqasına çıxmaq baxımından əhəmiyyətli olan oyun buna daha çox ehtiyacı olan "Mançester Yunayted"in qələbəsi ilə başa çatıb. Belə ki, Joze Mourinyunun yetirmələri Premyer Liqada 6-cı yerdə qərarlaşdırdıqlarından bu matça xilas kimi baxırdılar.
Görüşdə hesabı Pol Poqba açıb. Fransız oyunçu 18-ci dəqiqədə fərqlənib.
İlk hissə bu hesabla başa çatıb. İkinci yarının əvvəlində Mxitaryanın qolu ilə fərqi iki topa çatdıran "qırmızı şeytanlar" sona qədər üstünlüyü əldən verməyib və kuboku Mançesterə aparmağı bacarıb.